İnkotermlər
Carriage Paid to (CPT)
Söhpət “frakt təyinat yerinə qədər ödənilib” şərti haqqında gedir. Satıcının ödədiyi məsrəflərə, eksport lisenziyasına görə haqq gəminin fraxt haqqı daxildir. Alıcı yükü şərtləşmiş yerdə qəbul etməyə borcludur, son məntəqəyə qədər (fraxtdan başqa) yükün çatdırılmasının bütün xərclərini ödəməlidir.
Carrier and Insurance Paid to (CIP)
Mahiyyətcə bu bazis şərti “fraxt ...qədər ödənilib” deməkdir. Yalnız, satıcı daşımalar zamanı çatdırılacaq yükün zədələnməsi və ya məhv olması riskinin sığorta olmasını təmin etməlidir (yəni bu şərtlərə əlavə olunur).
Cost and Freight (CFR)
Bu müqaviləyə görə, satıcı eksport olunan yükün yola salma limanına qədər çatdırılması ilə bağlı xərcləri ödəməlidir. Bu zaman satıcı həm də təyinat yerinə yükü çatdıran gəmini fraxtlaşdırmalıdır.
Cost, Insurance and Freight (CIF)
Bu şərt praktiki olaraq CFR şərtləri ilə analoq təşkil edir, lakin ondan fərqli olaraq eksportçu yükün daşınması prosesində sığorta xərclərini öz hesabına daxil edir. Əgər kontraktda hər hansı əlavə şərtlər nəzərdə tutulmayıbsa, onda dəniz sığortası haqqında danışıq (saziş) risklərin minimum təmin edilməsi (ört-basdır edilməsi) imkanına malikdir. Bu cür saziş “xüsusi qəza sığortasından azaddır”, başqa sözlə, sığorta sazişi yalnız gəminin hərəkəti zamanı riski təmin edir.
Delivered at Place (DAP)
Satıcı alıcının müəyyənləşdirdiyi təyinat məntəqəsinə (liman, gömrük anbarı, konteyner parkı, hava kargo terminal və ya alıcının anbarı) yükü daşımalıdır.
Delivered at Terminal (DAT)
Satıcı alıcının müəyyənləşdirdiyi təyinat məntəqəsinə (liman, gömrük anbarı, konteyner parkı, hava kargo terminal və alıcının anbarı) yükü daşımalı və boşaltmalıdır.
Delivered Duty Place (DDP)
Xarici ticarət kontraktında malgöndərənin üzərinə düşən maksimum vəzifələri(məsrəfləri) əks etdirilir. Eksportçu bu şərtə uyğun olaraq yükləri importerin məntəqəsinə gömrük rüsumlarını ödəməklə çatdırır.
Ex Works (EXW)
Əmtəənin
birbaşa müəssisədən (anbardan) yüklənməsi şərti. Əmtəənin çatdırılması, onun
yüklənməsi və sığorta ilə bütün məsrəflər alıcının üzərinə düşür. Satıcının mənafeyi-nəzərincə
bu ən sərfəli şərtdir, müqavilədir.
Free Alongside Ship (FAS)
Bu şərt satıcının,əmtəənin alıcı tərəfindən fraxtlaşdırılan gəminin bortuna çatdırılması vəzifəsini nəzərdə tutur. Əmtəənin gəminin bortuna qədər daşınmasına kimi bütün xərclər və risklər satıcının üzərinə düşür.
Free Carrier (FCA)
Bu şərt əsasən mal göndərən əmtəəni mütləq daşıyıcıya çatdırılmalıdır. Nəqletmə üzrə bütün məsrəflər alıcının hesabına düşür, lakin bu məcmu məsrəflərindən bir hissəsi (daşıyıcıya çatdırmaq) satıcının payına düşür.
Free on Board (FOB)
Ən genış yayılmış bazis şərtlərindən biridir. O, satıcının razılaşdırılmış kontrakta uyğun olaraq əmtəənin yola salınan limana çatdırılmasına və alıcının fraxtlaşdırdığı gəminin bortuna əmtəənin yüklənməsi vəzifəsini bildirir. Məcmu nəqletmə xərcləri məlum ölçüdə satıcının üzərinə də düşür.