

NWL – bölgədə ən çevik nəqliyyat şirkəti
“North West Logistics” MMC 2016-ci ildə təsis edilmişdir və yerli bazarda aparıcı mövqelərdən birini tutmaqdadır.“North West Logistics MMC ticari, mülki və sənaye obyektlərinin inşası üçün müxtəlif növ tikinti materiallarının, yüksək texnoloqiya, ağır texnika və avtomobillərin, əcza, qida və kənd təsərrüfatı məhsullarının, tütün məhsullarının, elektron siqaretlərin, mebel və aksesuarların, tekstil məhsullarının müntəzam daşıma işini həyata keçiririk. Bir-birindən fərqli yük göndərmə rejimlərini birləşdirmək imkanı müştərilərimizə yönəlmiş təchizat xidməti zəncirinə çeviklik və səmərəlik qatır. Əsas prinsipimiz yüklərin A nöqtəsindən B nöqtəsinə hava, dəniz, quru və dəmir yol nəqliyyatı vasitəsilə daşınmasını təmin etmək, gömrük rəsmiləşdirilməsi və yüklərin anbara yığılması istiqamətində xidmət göstərməkdir. Sizin üçün ən optimal nəqliyyat növünü seçməyə, habelə yüklərinizin etibarlı şəkildə və ən qısa zamanda çatdırılmasına zəmanət veririk.
İSO 9001:2015Xidmətlər
XidmətlərNorth West Logistics şirkəti artıq 5 ildən çoxdur ki, hər sifarişə uyğun olan effektiv nəqliyat növünü seçərək, beynəlxalq yük daşımalarını uğurla həyata keçirir. Müxtəlif nəqliyyat növlərini ən əlverişli şəkildə birləşdirərək, biz sifarişçilərimiz üçün çevik və səmərəli təchizat zənciri formalaşdırırıq. Şirkətimizin xidmət spektrinə müxtəlif növ yüklərin avtomobil, aviasiya, dəniz və dəmir yolu nəqliyyatı ilə daşınması, həmçinin, mal müşayiət sənədlərinin hazırlanması və yükün gömrük təmizlənməsi daxildir.
Daha ətraflıNorth West Logistics
Ərzaq məhsulları və bitkilər
Bu növ yüklərin daşınmasının spesifikliyi xüsusi təhlükəsizlik tələblərinə, yükvurma, daşınma, saxlama və çatdırılmaya riayət olunmasını, həmçinin, lazımi icazə sənədlərinin (baytarlıq, fitosanitar sertifikatlar) alınmasını tələb edir.
Operativ dəstək 24/7
Biz, günün istənilən vaxtında öz müştərilərimizə operativ olaraq dəstək göstərməyə hazırıq. Komandamız 24/7 iş rejimində hər zaman xidmətinizdədir. Bizimlə əlaqə saxlamaq üçün, saytımızda qeyd olunan nömrəmizə zəng etmək və ya elektron poçtumuza məktub göndərmək kifayətdir.
Gömrük rəsmiləşdirilməsi
North West Logistics şirkətinin işçi ştatında, daşınma üsulundan asılı olmayaraq (hava və dəniz limanlarında, dəmir yolu stansiyalarında və beynəlxalq gömrük məntəqələrində) istənilən yüklərin gömrük rəsmiləşdirilməsi və daxili logistikası üzrə bütün funksional öhdəlikləri öz üzərlərinə götürə biləcək, yüksək ixtisaslı deklarantlar və gömrük mütəxəssisləri çalışır.
Yükün izlənməsi
İzləmə sisteminin köməkliyi ilə müştərilərimiz hər zaman yüklərin cari vəziyyəti ilə onlayn rejimdə tanış ola bilərlər.

Sorğu göndərin
TəkliflərBeynəlxalq nəqliyyat daşınması üçün təklif almaq istəsəniz, aşağıdakı formu doldurun və sorğunu bizə göndərin.
Layihələrimiz
QalereyaYarandığı gündən etibarən “Nort Vest Locistiks” MMC təhlükəsizlik və keyfiyyət standartlarını əsas tutaraq mülki, ticarət və sənaye infrastrukturunun bir sıra iri tikinti layihələrinin həyata keçirilməsi üçün tələb olunan maddi ehtiyatların gömrük rəsmiləşdirilməsini, fasiləsiz və vaxtında nəqlini təmin etmişdir
