img
NWL

Nəqliyyat növləri

Nəqliyyat növləri


img
İzoterm (Termos)

Qida məhsullarının daşınması üçün nəzərdə tutulmuşdur. Uzun müddət müəyyən bir temperatur saxlaya bilər. Yarımqoşqulu, avtomatik yedəkçəsi vardır.

Yük götürmə qabiliyyəti: 3-25 ton. Faydalı həcmi: 32-92 m³. Tutumu: 6-33 Avro pallet.

img
Jumbo

Daha böyük tutumlu yarımqoşqu. Buna xüsusi L şəkilli döşəmə və yarımqoşqunun təkər diametrini azaltmaq sayəsində nail olunur.

Yük götürmə qabiliyyəti: 20 tona qədər. Faydalı həcmi: 96-125 m³. Tutumu: 33 Avro pallet.

img
Açıq platforma

Xarici atmosfer təsirlərinə davamlı malların daşınması üçün istifadə olunur. Böyük ölçülü avadanlıqların daşınması üçün də istifadə edilə bilər.

Yük götürmə qabiliyyəti: 15-20 ton.

img
Böyük ölçülü yük platforması

Tikinti və xüsusi avadanlıq da daxil olmaqla böyükölçülü yüklərin daşınması üçün istifadə olunur.

Yük götürmə qabiliyyəti: 20-40 ton.

img
Soyuducu

Soyuducu qoşqu. Tez xarab olan məhsulların və saxlama şəraiti +25°C və -25°C arasında olan malların daşınması üçün münasibdir. Digər nəqliyyat növləri ilə müqayisədə istismarda 5-25% bahadır.

Yük götürmə qabiliyyəti: 12-22 ton. Faydalı həcmi: 60-92 m³. Tutumu: 24-33 Avro pallet.

img
Avto qatar

Kuzovu bir çərçivə üzərində olan avtomobil + qoşqusu. Üstünlüyü: tez yükləmə (boşaltma) və böyük xalis həcm. Çatışmazlığı: uzun yüklərin daşınması üçün münasib deyil.

Yük götürmə qabiliyyəti: 16-25 ton. Faydalı həcmi: 60-120 m³. Tutumu: 22-33 Avro pallet.

img
Yarımqoşqu

Ən çox rast gəlinən gövdə növü. Əksər mallar üçün münasibdir. Çıxarıla bilinən pərdə yuxarıdan və yan tərəfdən yükləməyə imkan verir. 

Yük götürmə qabiliyyəti: 20-25 ton. Faydalı həcmi: 60-92 m³. Tutumu: 22-33 Avro pallet.

docx file PDF